Naxçıvan Səhiyyə Nazirliyi ləğv edilərək TƏBİB-ə VERİLİR? – DETALLAR 

Naxçıvan Səhiyyə Nazirliyi ləğv edilərək TƏBİB-ə VERİLİR? – DETALLAR 

Hazırda oxunan: Naxçıvan Səhiyyə Nazirliyi ləğv edilərək TƏBİB-ə VERİLİR? – DETALLAR 

130768

Naxçıvan Muxtar Respublikasında kadr və struktur dəyişiklikləri davam edir. Bir sıra strukturların Azərbaycana tabe baş qurumlara birləşdirilməsinin ardınca bu günlərdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov vəzifəsindən azad edilib.

Onun vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Samiq Sadıxova verilib. 1987-ci ildə Naxçıvan şəhərində anadan olan Samiq Sadıxov bu təyinatadək “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsində çalışırdı.

Məlumatlara görə Naxçıvanı “ayrıca dövlətə” çevirən bütün strukturların, nazirlik və komitələrin ləğvi, onların Bakıya tabe baş qurumlarla əvəzlənəcəyi gözlənilir.

Bizim.Media-nın əldə etdiyi məlumata görə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin də ləğv olunaraq, ayrıca idarə kimi Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tərkibinə veriləcəyi bildirilir. Bununla bağlı hazırlıq işlərinə başlanıldığı barədə söyləntilər də var. 
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda direktor müəllimi DÖYDÜ


Məsələni TƏBİB-lə dəqiqləşdirməyə çalışsaq da, qurumdan sorğumuza heç bir açıqlama verilməyib.  

Xatırladaq ki, hazırda Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətində də yoxlamalar aparılır.

Qurumda ciddi qanun pozuntularına, korrupsiya və dövlət vəsaitinin mənimsənilməsi hallarına yol verildiyi bildirilir. Beləliklə, yaxın günlərdə Naxçıvanın Dövlət Miqrasiya Xidmətinin ləğv ediləcəyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin muxtar respublikada baş idarəsinin yaradılacağı gözlənilir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO