Məlumat verdiyimiz kimi, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Bizim.Media xəbər verir ki, Axundov Hüseyn Əhliman oğlunun anası Şəlalə Axundova sosial şəbəkə vasitəsi ilə çağırış edib.
MÖVZU İLƏ BAĞLI:
Əsgərlərin azad olunmaları ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT OLUNDU
Ana videomüraciətində ölkə rəsmilərindən övladının tez bir zamanda Vətənə qaytarılmasını xahiş edib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media