Qubada rayon rəhbərliyi tərəfindən kənd sakinlərinin problemləri DİNLƏNİLDİ - FOTO 

Qubada rayon rəhbərliyi tərəfindən kənd sakinlərinin problemləri DİNLƏNİLDİ - FOTO 

Hazırda oxunan: Qubada rayon rəhbərliyi tərəfindən kənd sakinlərinin problemləri DİNLƏNİLDİ - FOTO 

130625

“Kəndimizdəki 9 illik natamam orta məktəbin binası qəzalı vəziyyətdədir.Burada yeni məktəbin inşa edilməsinə ehtiyac var". 

Bizim.Media xəbər verir ki, bu barədə bu gün  yaşayış məntəqəsinə vətəndaşlarla görüş zamanı Quba İcra Hakimiyyətinin başçısına rayonun Dəlləkli kənd sakinləri deyib. 

İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev səslənən problemin müsbət həll  olunması üçün mərkəzi qurumlar qarşısında məsələ qaldırılacağını bildirib. Həmin məktəb binasının keçən əsrin 80-ci illərində tikildiyi diqqətə çatdırılıb. 
DTX-nin rayon şöbəsinin rəisinin, Quba İcra Hakimiyyətinin  yanında İctima Şura sədrinin iştirak etdiyi səyyar qəbulda Dəlləkli kənd sakinləri kənddəki köhnə elektrik xəttlərinin yenilənməsi, Quba-Xudat  magistral yolundan Dəlləkli kəndinə gələn yolun asfaltlanması  kimi, onları narahat edən məsələləri rayon rəhbərinin diqqətinə çatdırıblar. 

Quba İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərin həllini tapması üçün öz tapşırıqlarını verib. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO