Bakıda 7 müntəzəm marşrut xəttinin hərəkəti dəyişdirildi - Müvəqqəti

Bakıda 7 müntəzəm marşrut xəttinin hərəkəti dəyişdirildi - Müvəqqəti

Hazırda oxunan: Bakıda 7 müntəzəm marşrut xəttinin hərəkəti dəyişdirildi - Müvəqqəti

13056

Sabah - Xocalı soyqırımının 29-cu ildönümü günü Bakının Xətai rayonunun Xocalı prospektindəki “Ana fəryadı” abidəsi qarşısında keçiriləcək anım tədbiri ilə bağlı həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdiriləcək.

Bizim.Media bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, dəyişiklik ümumilikdə 7 müntəzəm marşrut xəttini (4, 21, 30, 32, 46, 49 və 175) əhatə edəcək.

Qeyd olunan müntəzəm xətlər üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil olunacaq.

Dəyişiklik saat 08:00-dan məhdudiyyət tam aradan qaldırılana qədər davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO