Əhalinin neçə faizi özünü ictimai yerlərdə təhlükəsiz hiss edir? – SORĞU 

Əhalinin neçə faizi özünü ictimai yerlərdə təhlükəsiz hiss edir? – SORĞU 

Hazırda oxunan: Əhalinin neçə faizi özünü ictimai yerlərdə təhlükəsiz hiss edir? – SORĞU 

130540

Ölkə əhalisinin böyük əksəriyyəti özlərini ictimai yerlərdə tam təhlükəsiz hiss edir.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi sorğu keçirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Əhalinin neçə faizi Azərbaycanı təhlükəsiz ölkə hesab edir? – SORĞU 


Məlumatda deyilir ki,  vətəndaşların şəxsi təhlükəsizliyi ilə bağlı rəylərini öyrənmək məqsədilə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən növbəti sorğu keçirilib. Sorğu əsnasında vətəndaşların “İctimai yerlərdə özünüzü nə dərəcədə təhlükəsiz hiss edirsiniz?” sualı ilə bağlı fikirləri soruşulub.

Sorğu nəticələri vətəndaşların şəxsi təhlükəsizliyi ilə bağlı rəylərinin yüksək olduğunu göstərib. Belə ki, respondentlərin əksəriyyəti və ya 76 faizi özünü ictimai yerlərdə tam təhlükəsiz hiss etdiyini qeyd edib. 17,7 faiz sorğu iştirakçı isə əsasən təhlükəsiz hiss etdiyini vurğulayıb.
Sorğu iştirakçılarının 3,7 faizi özünü ictimai yerlərdə əsasən təhlükədə, 2,1 faizi isə tam təhlükədə hiss etdiyini bildirib. Bu suala cavab verməkdə çətinlik çəkənlərsə 0,5 faiz təşkil edib.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO