Qobustanda ömürlük məhkum kamera yoldaşını öldürdü

Qobustanda ömürlük məhkum kamera yoldaşını öldürdü

Hazırda oxunan: Qobustanda ömürlük məhkum kamera yoldaşını öldürdü

130511

Qobustanda yerləşən qapalı həbsxanada ömürlük məhkum Zahidi Kəhriz Abbasov kamera yoldaşını qətlə yetirib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.

29 ildir məhkum həyatı yaşayan Zahidi Kəhriz Abbasov mübahisə zəminində eyni kamerada saxlanıldığı Oleq Surxayeviç Abişevə ağır bədən xəsarətləri yetirib. Oleq Abişev bir neçə gün sonra müalicə müəssisəsində vəfat edib.
Zahidi Kəhriz Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, Zahidi Kəhriz Abbasov 20 yaşında Rusiyada qətl törətdiyinə görə ömürlük məhkum edilib. O, 20 ildən sonra Azərbaycana gətirilib, Qobustanda yerləşən qapalı həbsxanaya köçürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO