Heydər Əliyev fondunun istehsal etdiyi “Xocalıya ədalət” filmi Tacikstan mediasında - VİDEO

Heydər Əliyev fondunun istehsal etdiyi “Xocalıya ədalət” filmi Tacikstan mediasında - VİDEO

Hazırda oxunan: Heydər Əliyev fondunun istehsal etdiyi “Xocalıya ədalət” filmi Tacikstan mediasında - VİDEO

13042

Heydər Əliyev fondunun istehsal etdiyi “Xocalıya ədalət” adlı video-çarx tacik dilinə tərcümə olunaraq Tacikstan mediasında geniş yayımlanıb.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Tacikistandakı səfirliyindən məlumat verilib. Filmdə Xocalı faciəsini özündə əks etdirən fraqmentlər və ermənilər tərəfindən dinc sakinlərə qarşı törədilən soyqırım faktları öz əksini tapıb.  

 

MÖVZU İLƏ BAĞLI:

“Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb


Tacikistanın məşhur “Faraj” qəzetində Xocalı qətliamının bütün ağrı-acısını özündə əks etdirən məqalə də işıq üzü görüb. 

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında ətraflı danışılır, Xocalı faciəsində vəhşicəsinə öldürülən, yaralanan, itkin düşən insanlardan söz açılır.

Yazıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasından danışılır, Xocalı soyqırımını tanıyan ölkələr haqqında məlumat verilir. 

Məqalədə Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, eyni zamanda bütün insanlığa qarşı yönəlmiş dəhşətli bir cinayət əməli kimi səciyyələndirilir. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO