Sənədsiz evlərə əmlak amnistiyası veriləcəkmi? – 10 İL KEÇDİ

Sənədsiz evlərə əmlak amnistiyası veriləcəkmi? – 10 İL KEÇDİ

Hazırda oxunan: Sənədsiz evlərə əmlak amnistiyası veriləcəkmi? – 10 İL KEÇDİ

13040

Bu ildən yenidən sənədsiz evlərin qeydiyyata alınması prosesi yenidən davam edəcək. Qeydiyyat işləri başa çatdıqdan sonra aidiyyatı qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. 

Bu barədə Bizim.Media-nın soğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təhlillər nəticəsində qanunvericilikdə dəyişiklərlə bağlı təkliflərin hazırlanacağı gözlənilir. 

 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda sənədsiz evləri dövlət özü tikəcək - ŞƏRH


İqtisadçı ekspert  Natiq Cəfərli isə  sənədsiz evlərə qısa zamanda çıxarışların verilməsinin çıxış yolunu  əmlakların amnistiya düşməsində görür.

Söyləyir ki, sənədsiz evlərə çıxarışların verilməsi üçün özümüzdən nəsə kəşf etmək lazım deyil: 

“Cənab prezident fərman imzaladığı evlərin  qeydiyyata alınması ilə bağlı  işlər aparılmasına  ayrılan zaman kifayətdir. Bu mövzu 10 ildir davam edir”. 

“Avropa İnsan Hüquqları Məhkəməsinin də bəlli bir qərarları var ki, hansı ölkədə vətəndaş özü inşa etdiyi evin komunal xidmətlərini ödəyirsə bu zaman vətəndaşın mülkiyyət hüququ yaranır. Mülkiyyət hüququnun dövlət tərəfindən tanınması vacibdir.

Çünki, komunal ödənişləri ödəməklə mülkiyyət hüquqi qazanılır. Yaxşı, qeyri- qanunidirsə dövlət ona niyə enerji, qaz, su verir? Bu məsələnin həlli əmlak amnistiyasından keçir. İnsanlar öz dişləri, dırnaqları ilə bağlı ev tikibsə  dövlət buna sevinməlidir.

Çünki, vətəndaş dövlətin yox, öz hesabına mənzil ilə təmin olunur. Dövlət bütün maraqları kənara qoyub, Konstitusiyada təsdiq olunmuş, mülkiyyət hüququnu nəzərə alaraq ona amnistisiya verməlidir”.

Ekspert söyləyir ki, fövqaladə ərazilərdə tikilən evlərin dəyəri ödənib, vətəndaşı başqa evlə təmin olunmalıdır. Daha qanunsuzdur deyib, uçurub tökəkmək olmaz.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO