Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.
Mənbə yazır ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və evin həyətindəki saxlanc yerindən dəyəri 32 min manatdan çox olan məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.
Şöbə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Məmmədov müəyyən olunaraq saxlanılıb. O, əldə etdi əşyaları isə Biləcəri qəsəbəsində yerləşən metal qəbulu məntəqələrindən birinə satıb.
Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Bizim.Media