Füzulidə nə qədər ərazi minalardan təmizlənib? - FOTO

Füzulidə nə qədər ərazi minalardan təmizlənib? - FOTO

Hazırda oxunan: Füzulidə nə qədər ərazi minalardan təmizlənib? - FOTO

130325

Füzuli Hava Limanının binasında Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası işinə başlayıb.

Bizim.Media xəbər verir ki, işçi qrupunun rəhbəri Namiq Hümmətov bildirib ki, ölkə rəhbərliyinin daimi diqqət və qayğısı altında son illər ərzində işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq istiqamətində böyük irəliləyişlər əldə edilib. 

“Qarabağ və Şərqi Zəngəzurun şəhər, qəsəbə və kəndlərinə "Böyük Qayıdış" şüarı altında həyat qayıtmaqdadır. Bu prosesi sürətləndirmək, yaşayış məntəqələrinin gələcəkdə sakinlər üçün daha rahat etmək üçün işğaldan azad edilmiş torpaqlarımız da bu gün milli özəlliklər nəzərə alınmaqla qabaqcıl şəhərsalma standartlarına uyğun yenidənqurma və quruculuq işləri həyata keçirilir”, - deyə o, qeyd edib.

Namiq Hümmətov bildirib ki, yaşayış məntəqələrinin minalardan təmizlənməsi istiqamətində ötən il 1536.8 ha ərazi minalardan təmizlənib:

"Cari ildə isə yaşayış məntəqələrinin əraziləri üzrə ümumilikdə 2620,9 ha ərazinin təmizlənməsi nəzərdə tutulub. Cari ilin I rübü ərzində Füzuli rayonu üzrə 622,97 ha (23,7%) ərazinin minalardan təmizlənməsi artıq həyata keçirilib".

Tədbirdə həmçinin, “İşğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsinə dair” tədbirlər planının, müvəqqəti yerləşdirilən kamplar, “Böyük Bəhmənli-Şuşa” və “Azad Qaraqoyunlu-Ağdam” magistral qaz kəmərlərinin layihələndirilməsi, Füzuli rayonunda su anbarlarının və su təmizləyici qurğularının layihələndirilməsi və tikilməsinin vəziyyəti, Mədəniyyət Nazirliyinin Qələbə Parkı və Memorial Parkının layihələndirilməsi vəziyyəti barədə məsələlərin müzakirəsi nəzərdə tutulub. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO