Qalmaqallarla məşhurlaşan Uşaq Evinin direktoru 3 ildir qanunsuz İŞLƏYİRMİŞ – ŞOK DETALLAR

Qalmaqallarla məşhurlaşan Uşaq Evinin direktoru 3 ildir qanunsuz İŞLƏYİRMİŞ – ŞOK DETALLAR

Hazırda oxunan: Qalmaqallarla məşhurlaşan Uşaq Evinin direktoru 3 ildir qanunsuz İŞLƏYİRMİŞ – ŞOK DETALLAR

130192

3 saylı Uşaq Evində baş verənlər aktual olaraq qalır. 

Qeyd edək ki, 3 saylı Uşaq Evindəki təminatdan şikayətlənən Məhəmməd Hacıyev müəssisə rəhbəri tərəfindən 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov obyektivlik nümayiş etdirərək Məhəmməd Hacıyevin ruhi xəstə və müalicəyə ehtiyacı olmadığını deyib. Bu açıqlamadan bir gün sonra baş həkim yaş senzi bəhanəsi ilə işdən kənarlaşdırılıb. 

Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar işdən çıxarılması 73 yaşlı Məhbubə Hüseynovanın işindəki nöqsanlara baxmayaraq hələ də vəzifədə qalması məsələsini gündəmə gətirib. Əsas ehtimallardan biri isə Uşaq evi rəhbərinin hansısa əl tərəfindən himayə olunmasıdır. 
Yaş həddi ilə bağlı Məhbubə Hüseynovanın vəzifədə qalması məsələsi Əmək Məcəlləsinə görə necə tənzimlənir? 

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Bizim.Media-ya açıqlamasında qanunvericilikdə bu məsələnin necə ehtiva olunmasına toxunub:
 

MÖVZU İLƏ BAĞLI:

3 saylı uşaq evində ARAŞDIRMALAR BAŞLADI – 73 yaşlı direktorun taleyinə aydınlıq gələcək... – RƏSMİ 


“Müəssisə büdcədən maliyyələşdirilirsə, orada işləmənin son həddi 65 yaşdır. Amma istinsa qaydada və əmək kollektivinin sayının 2 faizindən çox olmamaq şərtilə 70 yaşa qədər 1 il -1 il olmaqla əmək müqaviləsi bağlana bilər.

70 yaşdan o tərəfə nəzərdə tutulmur. Qanun bunu deyir. Hər halda həmin müəssisənin tabe olduğu qurum, yəni işəgötürən tərəf yaş həddi ilə bağlı işçinin işinə xitam verməlidir”. 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov isə saytımıza bildirib ki, məsələ ilə bağlı xüsusi komissiya yaradılıb və araşdırma aparılır. Komissiyanın işi bitəndən sonra mövcud nöqsanlar barədə danışmaq mümkün olacaq. 

Qeyd edək ki, bu hadisə 3 saylı Uşaq Evi ilə bağlı birinci qalmaqal deyil.

Ötən il Bizim.Media sözügedən müəssisə və onun direktoru Məhbubə Hüseynova barəsində daha dəhşətli faktları ortaya çıxarıb. Faktları həmin vaxt 3 saylı Uşaq Evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva ictimailəşdirib.

Onun saytımıza açıqlamasına görə uşaqlar müəllimləri tərəfindən incidilir, döyülür, onlara etinasız və qeyri-rəftari münasibət sərgilənir. Həmçinin dövlət tərəfindən müəssisəyə göndərilən ərzaq uşaqlara verilmir. Qurban bayramında Uşaq Evinə imkanlı şəxslər tərəfindən gətirilən qurbanlıqlar belə Məhbubə Hüseynovanın sürücüsü tərəfindən evinə daşınır.
Gülcan Nağıyeva iddiaları ilə bağlı Bizim.Media-ya görüntülər də təqdim etmişdi.

Həmin görüntülərdən birində 6 yaşlı bir uşağın qızdırma içində bədəninin bütün nahiyəsində yara tökdüyü əks olunur. Görüntüləri lentə alan Gülcan Nağıyevanın bildirdiyinə görə, gecə növbəsində çalışdığı üçün uşağın nə vaxt səpdiyindən xəbəri olmayıb. Növbəti gün işə gələndə uşağın ağır durumda olduğunu görüb və tibb bacısına yaxınlaşmaq istəyib. Amma Uşaq Evində nə həkim, nə də tibb bacısı tapa bilib.

3 saylı Uşaq Evi ilə bağlı daha bir qalmaqa 2021-ci ildə baş verib. Həmin ilin oktyabrında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi sözgedən müəssisədə araşdırma aparıb. Uşaq Evində bəzi nöqsanlar müəyyən olunub.

Aşkar olunmuş nöqsanlara görə müəssisə rəhbəri Məhbubə Hüseynovaya intizam tənbeh tədbiri olaraq, töhmət verilib və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürülüb.

Məhbubə Hüseynovanın dəfələrlə tənbeh olunduğu və hətta 1500 manat məbləğində cərimələndiyi də bildirilir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO