11 ayın sultanı Ramazanın mübarək günlərini yaşayırıq. Hər kəs çalışır ki, bu ayda islamda buyrulan vacib əməllərin heç olmasa müəyyən qismini icra eləsin, oruc tutsun, iftar süfrələri açsın, xeyirxah əməllər görsün və yaxud xeyir işlərə vəsilə olsun. Amma bəzi insanlarda müəyyən tərəddüdlər var.
Məsələn, bir çoxlarını bu sual çox narahat edir ki, əvvəlki illərdə qəzaya verdiyi orucu, bu il tuta bilərmi?
Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfanın fikirlərini öyrəndik.
İlahiyyatçı Bizim.Media-ya açıqlamasında bildirib ki, oruc qəzası olan şəxs təkrar oruc tuta bilər:
MÖVZU İLƏ BAĞLI:
Ramazanda bu qida insanı gün boyu tox saxlayır – Mütəxəssisdən AÇIQLAMA
“Bu həm islami baxımdan, həm də tibbi baxımından məqbuldur. Ona görə də, ötən il hansısa səbəbə görə orucunu qəzaya vermiş şəxsin bu il əlavə günlərdə oruc tutmasında heç bir problem yoxdur. Yəni qəzası olan şəxs müstəhəbb oruc tuta bilər.
Doğrudur bəzi islam alimləri deyir ki, vacibi ötürmüş şəxsin müstəhəb oruc tutması doğru deyil. Hətta bunu namaza da şamil edirlər. Məsələn imam Şafiyi deyir ki, namazlarını qəzaya vermiş şəxsin müstəhəb namaz qılması düzgün deyil. Bunu oruca da şamil edirlər.
Amma ümumi fikir belədir ki, orucunu və namazını qəzaya vermiş insan müstəhəb oruc tuta, namaz qıla bilər. Bunda heç bir problem yoxdur”.
Surxay Atakişiyev, Bizim.Media