“Təklif edirəm ki, idxal edilən dərmanların tərkibi araşdırılsın”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Hikmət Babaoğlu səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı LAYİHƏ HAZIRLANIR” – Komitə sədri
“Vaxtilə İran dərmanlarından istifadə edən tanışım Moskvada yoxlanışdan keçən zaman dərmanın tərkibində narkotik maddənin olduğu aşkarlanmışdı. Eyni zamanda, dərmanların keyfiyyəti ilə bağlı müəyyən məsuliyyət tədbirlərinin nəzərdə tutulması lazımdır”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media