“Azərbaycanda əhalinin 10-15 faizi zəngin, bir o qədəri orta təbəqədirsə, yerdə qalanlar kasıbdır".
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Tahir Kərimli səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı LAYİHƏ HAZIRLANIR” – Komitə sədri
“Əhalinin kasıb təbəqəsi üçün apteklər açaq, onlar gedib ucuz qiymətə dərman ala bilsinlər. Çünki Tarif Şurasından bir dəfə qiymətlərin azaldılmasını görmədik, ancaq qiymət bahalaşması qərarları verilir”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media