İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin müşayiətində YENİ QAYDA

İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin müşayiətində YENİ QAYDA

Hazırda oxunan: İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin müşayiətində YENİ QAYDA

130096

Azərbaycanda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hansı hallarda müşayiət olunması qaydası müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanunda qeyd edilib ki, aşağıdakı hallardan biri və ya bir neçəsi olduqda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) avtonəqliyyat vasitəsi ilə müşayiət edilməlidir:

Mühafizə avtomobili ilə:

1. nəqliyyat vasitəsinin eni 2,55 metrdən artıq olduqda;

2. nəqliyyat vasitəsinin hündürlüyü 4 metrdən artıq olduqda;

3. nəqliyyat vasitəsinin uzunluğu 24 metrdən artıq olduqda;

4. nəqliyyat vasitəsinin ümumi kütləsi 50 tondan artıq olduqda;

Mühafizə və müşayiət avtomobili ilə:

1. nəqliyyat vasitəsinin eni 3,5 metrdən artıq olduqda;

2. nəqliyyat vasitəsinin uzunluğu 30 metrdən artıq olduqda;

3. nəqliyyat vasitəsinin ümumi kütləsi 80 tondan artıq olduqda;

4. hərəkət zamanı nəqliyyat vasitəsi əks istiqamətdəki hərəkət zolağını bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hədlərdən artıq tutduqda;

5. daşınma prosesində iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə yol hərəkətinin tənzimlənməsi üzrə bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən tədbirlərin həyata keçirilməsinə zərurət olduqda.

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulur.

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin bu Qanunun 48.1-1.1-ci və 48.1-1.2-ci maddələrinə uyğun olaraq müvafiq avtonəqliyyat vasitələri ilə müşayiət olunmasına, həmçinin bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hallarda hərəkət marşrutunun müəyyən olunmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı tutulur.
Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə icazənin verilməsi üçün ərizəçi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada müraciət edir. Ərizəçinin müraciətinə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO