Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana, Kürdəxanı qəsəbələrində, Abşeron, Samux, Yevlax, Biləsuvar, Masallı, Bərdə, Saatlı rayonlarında və Naxçıvan şəhərində daha 50 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.
Bizim.Media xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev iştirak edib.
O, çıxışı zamanı qeyd edib ki, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı İkinci Qarabağ müharibəsindən sonra 5 dəfə genişlənib:
"44 günlük Vətən müharibəsindən sonra 4560, ümumilikdə ötən dövrdə 13360 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Bu il isə həmin şəxslərə ən azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:10 / 10.04.2023
Şəhid ailələri və əlilliyi olanlara 50 mənzil və fərdi ev verildi - FOTO
Hazırda oxunan: Şəhid ailələri və əlilliyi olanlara 50 mənzil və fərdi ev verildi - FOTO
Hazırda oxunan: Şəhid ailələri və əlilliyi olanlara 50 mənzil və fərdi ev verildi - FOTO
129887
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.