Polisdən qaçan sürücü ilə  bağlı daha bir XƏBƏR - 20 yaşı var, tələbədir

Polisdən qaçan sürücü ilə  bağlı daha bir XƏBƏR - 20 yaşı var, tələbədir

Hazırda oxunan: Polisdən qaçan sürücü ilə  bağlı daha bir XƏBƏR - 20 yaşı var, tələbədir

129824

Bakıda polisin dayanma tələbinə məhəl qoymayaraq girdiyi əks yöndən arxaya doğru hərəkət edərək uzaqlaşmağa çalışan, daha sonra uzun müddət bu şəkildə hərəkəti davam etdirən avtomobilin sürücüsü qəza törədib.

Bizim.Media  xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qabağında yolun əks istiqamətində gedərkən DYP avtomobili ilə qarşılaşan “Volkswagen Touareg” markalı avtomobilin sürücüsü geriyə hərəkət etməklə hadisə yerindən uzaqlaşmağa çalışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda həyəcanlı anlar: Sürücü avtomobili ilə polisdən qaçmağa çalışdı - VİDEO


Bu şəkildə Nərimanov rayonu, İzzədin Həsənoğlu küçəsinə qədər gedən nəqliyyat vasitəsi küçə boyunca Fətəli Xan Xoyski istiqamətində də geriyə doğru hərəkəti davam etdirib.

Polisdən qaçarkən bir neçə avtomobillə toqquşan və təhlükəli qəza şəraiti yaradan maşın nəhayət Həsənoğlu küçəsində dayandırılıb.

DİN-nin Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyevin verdiyi məlumata görə, sürücünün 20 yaşı var, tələbədir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO