Aydın Kərimov: “Şuşadakı tarixi abidələrin əksəriyyəti işğal zamanı dağıdılıb”

Aydın Kərimov: “Şuşadakı tarixi abidələrin əksəriyyəti işğal zamanı dağıdılıb”

Hazırda oxunan: Aydın Kərimov: “Şuşadakı tarixi abidələrin əksəriyyəti işğal zamanı dağıdılıb”

129695

“Şuşa şəhəri işğal dövründə, 30 il ərzində dağıntılara, vandalizmə məruz qalmışdır. İşğaldan azad edildikdən sonra Şuşada Prezident İlham Əliyevin tapşırığı ilə bərpa-qurucu işləri aparılır”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimində çıxış edərkən bildirib. 

O qeyd edib ki, Şuşa şəhərindəki tarixi abidələrin əksəriyyəti işğal zamanı dağıdılıb. Şuşa işğaldan azad edildikdən sonra tarixi abidələrin bərpası istiqəmətində də işlər aparılır. 

“Artıq 10-a yaxın abidə bərpa edilib. Yaxın aylarda da bir neçə abidənin bərpası tamamlanacaq. Bu işlər davamlı olaraq aparılacaq. Biz Şuşanın tarixi-mədəni irsinin qorunmasını təmin edəcəyik”, – deyə A. Kərimov bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO