Müdafiə naziri:

Müdafiə naziri: "Peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunur" - VİDEO

Hazırda oxunan: Müdafiə naziri: "Peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunur" - VİDEO

129480

"Peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunur".

Bizim.Media xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Komando Dağ Təlim Mərkəzini ziyarət edərkən deyib.

Müdafiə naziri qeyd edib ki, Ali Baş Komandanın göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda bütün sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də həyata keçirilən islahatlar davam etdirilir.
Peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunur və bu prosesin həyata keçirilməsində komando hazırlığı mütləqdir.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə təlimlərdə müasir döyüş üsulları məşq etdirilir, Ordumuzun arsenalına yeni tələblərə cavab verən silah, hərbi texnika daxil edilir və hərbi qulluqçulara onların effektiv tətbiqi qaydaları öyrədilir
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO