Şimal-Qərb bölgəsinin çaylarında sululuq artıb

Şimal-Qərb bölgəsinin çaylarında sululuq artıb

Hazırda oxunan: Şimal-Qərb bölgəsinin çaylarında sululuq artıb

129389

Artıq ikinci gündür bölgədə havanın temperaturu aşağı düşüb və qısa fasilələrlə yağış yağır. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün axşama doğru şimşək çaxması ilə başlayan yağışlar Qax və Qəbələdə leysanla, daha sonra qısa müddətli dolu ilə əvəzlənib.

Bu zaman çiçək fazasında olan ağaclara ziyan vurub. 

Bununla yanaşı, Böyük Qafqazın cənub yamacları boyunca uzanan bölgənin dağ çaylarında sululuq artıb.  

Bu da onu deməyə əsas verir ki, dağlara yağış çox yağıb. Nəticədə Dəmiraparançayda, Türyançayda, Daşağılçayda, Kiş və Şinçaylarında, Kürmük və Muxaxçaylarında sululuq əvvəlki günlərə nisbətən bir neçə dəfə artıb.   

Rayon Fövqəladə Hallar Komissiyalarından verilən məlumatlarda bildirilir ki, hələlik heç bir ciddi fəsadlar qeydə alınmayıb.  

Regional hava məlumat mərkəzindən isə bildirilib ki, bu gün və sabah da bölgə rayonlarında yağmurlu havanın davam etməsi gözlənilir. Yağışın fasilələrlə yağacağı deyilir.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO