Bu gün Bakıda məktəblilər arasında zəhərlənmə olub. Zəhərlənmə paytaxtın A.Hüseynzadə adına 20 nömrəli məktəbində qeydə alınıb.
Bizim.Media xəbər verir ki, hadisənin şahidi olan şagird Baku TV-yə sinif yoldaşının zəhərlənməsindən danışıb:
MÖVZU İLƏ BAĞLI:
20 nömrəli məktəbdəki zəhərlənmə ilə bağlı araşdırma başlandı - Prokurorluq
“Nuggets” yemişdi. Ürəyi bulanmağa başladı. Əvvəlcə məktəbdəki həkimə, sonra isə xəstəxanaya aparıldı”.
Məktəbin müəllimi Rüxsarə Abbasovanın sözlərinə görə, dərs dediyi sinfin bəzi şagirdləri də sözügedən qidadan yesə də, onlarda zəhərlənmə əlamətləri müşahidə olunmayıb.
Bizim.Media