“Azəriqaz”dan ölən əməkdaşı ilə bağlı AÇIQLAMA

“Azəriqaz”dan ölən əməkdaşı ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: “Azəriqaz”dan ölən əməkdaşı ilə bağlı AÇIQLAMA

129291

"Azəriqaz” İstehsalat Birliyi aprelin 5-də cərəyan vurması nəticəsində ölən əməkdaşı ilə bağlı açıqlama yayıb.

Bizim.Media İB-dən verilən məlumata istinadən xəbər verir ki, aprelin 5-də saat 14:00 radələrində ictimai işlər əsasında "DOST" mərkəzinin xətti ilə “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Quba Xidmət Sahəsinə təhkim edilmiş Turab Nəsirov cərəyan vurması nəticəsində həyatını itirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Azəriqaz”ın əməkdaşının ölümü ilə bağlı Prokurorluqdan AÇIQLAMA


Qeyd edilib ki, hadisə Turab Nəsirovun şəxsi həyatyanı sahəsində baş verib. O, həmin gün və ondan 1 gün əvvəl naməlum səbəbdən işə çıxmayıb.

Baş Prokurorluğun ötən gün yaydığı məlumatda bildirilib ki, aprelin 5-i saat 14 radələrində 1985-ci il təvəllüdlü Turab Nəsirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO