Tanınmış klarnet ifaçısı ağır qəzaya düşdü - FOTO/VİDEO

Tanınmış klarnet ifaçısı ağır qəzaya düşdü - FOTO/VİDEO

Hazırda oxunan: Tanınmış klarnet ifaçısı ağır qəzaya düşdü - FOTO/VİDEO

129211

Tanınmış klarnet ifaçısı Rafael Dağlı (Bayramov) qəzaya düşüb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, musiqiçi idarə etdiyi “Range Rover” markalı avtomobillə idarəetməni itirərək maşını yol kənarına aşırıb.

Məsələ ilə bağlı klarnetçi bildirib ki, Şabrana nənəsinin yas mərasiminə gedirmiş: 

“Gecə saatları idi. Anidən dumana düşdüm, yolu görə bilmədim. Sən demə, orada döngə var imiş. Sürətim elə də çox deyildi. Həm duman, həm gecə vaxtı olması səbəbindən yolu görə bilmədim. İdarəetməni itirdim və maşın yoldan çıxaraq bir neçə dəfə çevrildi.
Avtomobildə iki nəfər idik. Yanımdakı şəxsə heç nə olmadı. Özüm isə xəsarətlər aldım, qolum sındı. Xəstəxanada əməliyyat olundum. Əməliyyat 5 saata yaxın davam edib. Hazırda evdəyəm, müalicəm davam edir, səhhətim yaxşıdır”.
 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO