Rəşad Dağlının işinə bu hakim baxacaq 

Rəşad Dağlının işinə bu hakim baxacaq 

Hazırda oxunan: Rəşad Dağlının işinə bu hakim baxacaq 

129147

Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işinə sədrlik edəcək məhkəmə hakiminin kimliyi məlum olub. 

Bizim.Media xəbər verir ki, iş hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq. 
Belə ki, cinayət işi üzrə toplanan materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qaradağ Rayon Prokurorluğu ittiham aktını tərəflərə təqdim edib. Yaxın günlərdə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq. 

Qeyd edək ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. 1984-cü il təvəllüdlü R.Əmirov  şəxsi münasibətlər zəminində 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. 
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO