Bu partiyalar maliyyə hesabatını təqdim ETMƏYİB - SİYAHI

Bu partiyalar maliyyə hesabatını təqdim ETMƏYİB - SİYAHI

Hazırda oxunan: Bu partiyalar maliyyə hesabatını təqdim ETMƏYİB - SİYAHI

129055

İndiyə qədər dövlət qeydiyyatına alınmış 59 siyasi partiyadan 37-si 2022-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. 

Bizim.Media xəbər verir ki, təqdim edilən maliyyə hesabatları MSK-nın rəsmi saytında yerləşdirilib. 

Beləliklə, 22 partiya illik maliyyə hesabatını təqdim etməyib. 

Keçən il üzrə maliyyə hesabatını təqdim etməyən siyasi partiyalar aşağıdakılardır: 

1. Milli Demokrat-İdrak Partiyası (MDİP) 

2. Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP) 

3. Müstəqil Azərbaycan Partiyası (MAP) 

4. Azərbaycan Kommunist Partiyası (AKP) 

5. Azərbaycan Milli Dövlətçilik Partiyası (AzMDP) 

6. Azərbaycan Vətənpərvərlər Partiyası (AzVP) 

7. Azərbaycan Naminə Alyans Partiyası (ANAP) 

8. Azərbaycan Liberal Partiyası (ALP) 

9. Azərbaycan Vahid Kommunist Partiyası (AzVKP) 

10. Sosial Ədalət Partiyası (SƏP) 

11. Milli Konqres Partiyası 

12. Azərbaycan Respublikaçılar Partiyası (ARP) 

13. ”Azərbaycan Mübarizləri” Partiyası (AMP) 

14. Azərbaycan Azad Respublikaçılar Partiyası (AARP) 

15. Azadlıq Partiyası 

16. Azərbaycan Tərəqqi Partiyası 

17. Azərbaycan Milli Demokrat Partiyası (AMDP) 

18. Aydınlar Partiyası 

19. Azad Demokratlar Partiyası (AzDP) 

20. Gələcək Azərbaycan Partiyası (GAP) 

21. Haqq Ədalət Partiyası (HƏP) 

22. Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) 

Maliyyə hesabatını təqdim edən partiyalar isə aşağıdakılardır: 

1. Yeni Azərbaycan Partiyası

2. Müstəqil Xalq Partiyası 

3. Azərbaycan Təkamül Partiyası 

4. “Milli Vəhdət” Partiyası 

5. Vətəndaş Həmrəyliyi Partiyası 

6. Demokratik İslahatlar Partiyası 

7. Azərbaycan Demokratik Maarifçilik Partiyası 

8. Böyük Quruluş Partiyası

9. Cümhuriyyət Xalq Partiyası 

10. Klassik Xalq Cəbhəsi Partiyası 

11. “Ana Vətən” Partiyası 

12. Azərbaycan Liberal Demokrat Partiyası

13. Azərbaycan Xalq Partiyası 

14. “Qorqud” Partiyası 

15. Ədalət Partiyası 

16. Müsavat Partiyası 

17. Milli Cəbhə Partiyası 

18. Vətəndaş və İnkişaf Partiyası 

19. "Yeni Yol" Partiyası 

20. Milli Dirçəliş Hərəkatı Partiyası 

21. Yeni Zaman Partiyası 

22. Müasir Musavat Partiyası 

23. Milli Həmrəylik Partiyası 

24. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 

25. Azərbaycan Milli İstiqlal Partiyası 

26. “Birlik” Partiyası 

27. Azərbaycan Demokrat Partiyası 

28. Azərbaycan Ümid Partiyası 

29. Ağ Partiyası

30. Azad Vətən Partiyası 

31. Vəhdət Partiyası 

32. Böyük Azərbaycan Partiyası 

33. Azərbaycan Sosial Demokrat Partiyası 

34. Azərbaycan Sosial Rifah Partiyası 

35. Respublikaçı Alternativ (REAL) Partiyası 

36. Azərbaycan Xalq Cəbhəsi Partiyası 

37. Vətəndaş Birliyi Partiyası 

Qeyd ki, siyasi partiyaların Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) 2022-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-i başa çatıb.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. MSK siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə qaydasına görə, nəzərdə tutulmuş müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO