Əlcəzairdə məsciddə namaz vaxtı dua oxunan zaman pişik imamın qucağına çıxıb. Məscidin imamı əvvəlcə pişiyi sığallayıb ona nəvaziş göstərib.
Pişik daha sonra imamın boynuna qalxır, onun boynuna və saqqalına sürtünür. Maraqlıdır ki, imam bir anlıq olsun belə oxuduğu duaya ara vermir və pişiyin hərəkətindən qətiyyən qıcıqlanmır.
Bizim.Media xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Sosial şəbəkə istifadəçiləri imamın səbrinə heyran qaldıqlarını bildirməklə yanaşı, hətta ona “dünyanın ən səbrli imamı” titulunu veriblər.
Bizim.Media