Bakıda tikintinin qadağan edildiyi obyektdə qızğın iş gedir - VİDEO

Bakıda tikintinin qadağan edildiyi obyektdə qızğın iş gedir - VİDEO

Hazırda oxunan: Bakıda tikintinin qadağan edildiyi obyektdə qızğın iş gedir - VİDEO

128995

Xətai rayonunda ötən ay Fövqəladə Hallar Nazirliyi tərəfindən tikintisinə növbəti dəfə dayandırılan obyektdə yenidən işlərə başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə qafqazinfo.az-a ərazidə yaşayan Şirvani küçəsi 1-in sakinləri məlumat veriblər.

Tikintisi qadağan edilmiş obyektdə yenidən işlərin həyata keçirildiyini bildirən və görüntüləri təqdim edən sakinlər həyətində olan tikilinin rəsmi sənədlərlə qanunsuz olmasının bildirilməsinə baxmayaraq, günün müxtəlif saatlarında, xüsusilə gecə vaxtı ərazidə tikinti işlərinin görüldüyünü qeyd ediblər.
Şikayətçilər əraziyə xeyli tikinti materiallarının gətirildiyini də bildiriblər.

Qeyd edək ki, bu ərazidə 5 ildən artıqdır obyekt tikintisinin həyata keçirilməsi ilə bağlı cəhdlər edilib, qanunsuz tikinti bir neçə dəfə aidiyyəti dövlət qurumları tərəfindən dayandırılıb. Sakinlər bildiriblər ki, onsuz da darısqal olan həyətda 824 kvm-də 2 mərtəbəli obyekt tikilir.

2018-ci ildən etibarən dəfələrlə dövlət orqanlarına şikayətlər edilib və 2018-2020-ci illərdə tikinti dayandırılıb. Lakin qanunsuz yarımçıq tikili sökülməyib və 1 mart 2023-dən tikinti işləri yenidən başlayıb.

Bildirilib ki, bu cür obyektlərin tikilməsinə icazəni Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən Arxitektura Komitəsi verir: “Lakin tikintiyə dair belə bir icazə yoxdur.

Obyektlə bağlı Xətai Rayon İcra Hakimiyyətinin 69 saylı sərəncamı olub ki, o da tikintiyə icazə sənədi sayılmır. Həmin sərəncam da Bakı İnzibati Məhkəməsinin 11 mart 2022 tarixli qərarı ilə etibarsız hesab olunub”.

Qeyd edək ki, qanunvericiliyə əsasən qanunsuz tikintilərin söküntüsü FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Lakin xeyli vaxt keçməsinə baxmayaraq ərazidə nəinki söküntü aparılmayıb, əksində obyekt tikintisi davam etdirilib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO