Oğuzda ADA Universitetinin nümayəndələri məktəblilərlə görüşüb - FOTO

Oğuzda ADA Universitetinin nümayəndələri məktəblilərlə görüşüb - FOTO

Hazırda oxunan: Oğuzda ADA Universitetinin nümayəndələri məktəblilərlə görüşüb - FOTO

128722

Oğuz rayon təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə “ADA Universitetinin tanıtım layihəsi” nin təqdimatında bir sıra məsələlər müzakirə olunub.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, görüşdə Oğuz rayon təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ADA Universitetinin əməkdaşları Ləman Hüseynli və Şəfəq Mehrəliyeva, sektorun əməkdaşları, valideynlər, müəllim və şagird kollektivi iştirak ediblər.  

ADA Universitetinin əməkdaşları Şəfəq Mehrəliyeva və Ləman Hüseynli universitetin dünya təhsil sistemində tutduğu mövqeyi, əldə edilən uğurları barədə ətraflı məlumat verib.

Həmçinin universitetin magistr ixtisasları, bu ixtisaslara qəbul qaydaları və digər imkanlar barədə şagirdlərə slaydlar vasitəsi ilə ətraflı məlumat verilib.  

Sonda müəllim və şagirdləri, eləcə də valideynləri maraqlandıran suallara ətraflı cavab verilib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO