Bakıda məcburi köçkünlərin binası yanır - YENİLƏNİB - FOTO

Bakıda məcburi köçkünlərin binası yanır - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Bakıda məcburi köçkünlərin binası yanır - YENİLƏNİB - FOTO

12844

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.
FHN-in Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, hadisə Yasamal rayonu, Tbilisi prospekti ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb.

Belə ki, binanın dam örtüyü yanır.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

08.46

Paytaxtda yanğın hadisəsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, hadisə Tbilisi prospektində yerləşən yaşayış binasında baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO