Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq edib.
Beləliklə, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunur.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov APA-ya bildirib ki, bu qərar cənab İlham Əliyevin ölkə mediasına göstərdiyi diqqətin bariz nümunəsidir.
“İlk növbədə qeyd etməliyik ki, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət büdcəsindən, o cümlədən digər mənbələrdən maliyyələşdirilmələrinin azaldılması və müstəqil fəaliyyətlərinin təmin edilməsi məqsədilə reklam bazarının həcminin artırılması zəruridir.
Dövlətin medianın inkişafına dəstək strategiyasından bu sahəilə bağlı ayrı-ayrı vaxtlarda ƏDV-dən azad etmə təcrübəsi olmuşdur və bu, medianın iqtisadi vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərmişdir”,- deyə Əhməd İsmayılov bildirib.
İcraçı direktor vurğulayıb ki, Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı dövlət siyasətinin prioritetini təşkil edir.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq etməsi mediamızın iqtisadi müstəqilliyinin gücləndirilməsinə dəyərli töhfədir. Ölkəmizin media ictimaiyyəti adından diqqət və qayğısına görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk”, - deyə Əhməd İsmayılov bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:19 / 01.04.2023
Əhməd İsmayılov: Cənab Prezidentin bu addımı medianın inkişafına dəyərli töhfədir
Hazırda oxunan: Əhməd İsmayılov: Cənab Prezidentin bu addımı medianın inkişafına dəyərli töhfədir
Hazırda oxunan: Əhməd İsmayılov: Cənab Prezidentin bu addımı medianın inkişafına dəyərli töhfədir
128429
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.