Avtomobili aşaraq sağ qalan sürücünü maşın vurub ÖLDÜRDÜ 

Avtomobili aşaraq sağ qalan sürücünü maşın vurub ÖLDÜRDÜ 

Hazırda oxunan: Avtomobili aşaraq sağ qalan sürücünü maşın vurub ÖLDÜRDÜ 

128413

Gəncədə avtomobilin vurduğu piyada dünyasını dəyişib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yol nəqliyyat hadisəsi şəhərin Yeni Gəncə yaşayış massivində baş verib. 

Göygöl rayonun Quşqara kənd sakini, 1986-cı il təvəllüdlü Elmir İsmaylov yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb. 

Qeyd edək ki, qəzada ölən piyada Göygöl rayonun Quşqara kəndində özünə məxsus "Mercedes" markalı minik maşınını aşırıb. Qəzadan sağ çıxan sürücü Gəncədə yerləşən xəstəxanaların birinə gedib. Bu zaman yolu keçmək istəyərkən onu avtomobil vurub. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO