Bakıda bəzi məktəblərdə dərslər təxirə salındı – Nazirliyin qərarı yoxdur

Bakıda bəzi məktəblərdə dərslər təxirə salındı – Nazirliyin qərarı yoxdur

Hazırda oxunan: Bakıda bəzi məktəblərdə dərslər təxirə salındı – Nazirliyin qərarı yoxdur

12839

Qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar məktəblərdə şagirdlərin dərslərə davamiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb.

Bizim.Media bəzi məktəblər isə valideynlərə övladlarını belə havada dərsə gətirməməyi tövsiyə edib.

Hava şəraiti ilə əlaqədar ümumtəhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı hələlik Təhsil Nazirliyinin qərarı yoxdur.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə qara keçəcəyi gözlənilir, 24-də bəzi yerlərdə intensiv olacağı deyilmişdi.

Eyni zamanda şimal-qərb küləyinin 18-23, arabir 25-30, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, 0-5 dərəcə şaxta olacağı qeyd olunmuşdu.

Fevralın 24-25-də gecə və səhər yolların buz bağlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO