Şimal-Qərb bölgəsində temperatur 12-15 dərəcə aşağı düşüb. Bu səhər bölgənin dağlıq və bəzi dağətəyi ərazilərinə qar yağıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti Şimal-Qərb bölgəsindən də yan keçməyib.
Ötən gündən bölgə rayonlarında qısa fasilələrlə yağıntı müşahidə olunur və temperatur aşağı düşüb. Bu gecədən isə bölgənin dağlıq ərazilərində yağımurlu hava qarla əvəzlənib. Qar bir sıra yaşayış mıntəqələrində də müşahidə olunur.
Şəki regional hava məlumat bürosundan verilən məlumata əsasən, qeyri-sabit hava şəraiti qarşıdakı iki gündə davam edıcək.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu