Ötən il ölkəmizdə narkotikdən istifadə edənlərin və onun satışını həyata keçirilənlərin sayı əvvəlki illə müqayisədə 24 faiz artıb. Bu da ciddi düşünməyə əsas verir. Az qalır ki, narkotika məişətimizin bir hissəsinə çevrilsin. Bu gün ətrafımızda narkotik asılılığı olan kifayət qədər şəxs var.
Vəziyyətin bu cür olmasında maarifləndirmə işinin zəifliyi də mühüm rol oynayır.
Bu gün həm narkotikdən istifadə edən, həm də onun alverini aparan şəxslər hansı bir bəlaya tuş gəldiklərinin fərqində deyil. Bu adamlar düşünür ki, narkotik təkcə onların deyil, həm də ən yaxın adamlarının həyatını məhv edir.
Təsadüfi deyil ki, bu məsələ son vaxtlar sosial şəbəkələrdə də ciddi müzakirə edilir, müxtəlif profilaktik təkliflər irəli sürür. Məsələn, sosial şəbəkələrdə narkomanların aşkarlanmasının və bu bəlanın yayılmasının qarşısını almaq məqsədilə bütün dövlət və qeyri dövlət sektorlarında çalışanların ildə 2 dəfə məcburi qaydada narkotestdən keçməsini təklif edənlər də var.
Məsələ ilə bağlı Xalq artisti Əbdül Mahmudovla maraqlı söhbətimiz oldu.
Müsahibimiz Bizim.Media-ya açıqlamasında işə götürülənlər hər bir şəxsin narkoloji testdən keçirilməsinin tərəfdarı olduğunu bildirib:
“Məndən olsa işə götürülənlərin ailə üzvləri də test edilməlidir. Bir insanın psixoloji və fiziki durumunu bilmədən onu necə işə götürmək olar? Əvvəllər bir adamı irəli çəkəndə, vəzifə veriləndə həmin adam haqqında ən azı 3 nəfərdən müsbət rəy alınırdı. Amma indi heç bir sorğu-sual aparılmır. Bir də baxırsan ki, dünənki uşağa böyük bir vəzifə veriblər. Maraqlanan yoxdur ki, bunun fiziki və psixoloji durumu necədir. Bu narkomandır yoxsa, yox. Mənim fikrimcə vəzifədə olanlar da mütəmadi narkoloji testdən keçirilməlidir”.
Xalq artisti onu da qeyd etdi ki, bildiyim qədər hüquq mühafizə orqanlarına işə qəbul zamanı bu qayda gözlənilir:
“Narkotik asılılığı, məhkumluq və sair araşdırılır. Amma digər sahələrdə bu yoxdur. Niyə? Narkoman ancaq küçədə, kasıbların balaları olmur. Bu gün ən çox narkotik istifadəçisi elə harınlamış adamların uşaqlarıdır. Di gəl ki, pul gücünə bu faktı gizlədirlər. Ona görə də işə götürülən namizəddən neçə dil bilməsini, hansı sertifikatlarının olmasını yox, narkotikə marağını öyrənmək lazımdır. Yoxsa sonra gec olacaq”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 01.04.2023
“İşə götürülənlər narkoloji testdən keçirilsin” – TƏKLİF
Hazırda oxunan: “İşə götürülənlər narkoloji testdən keçirilsin” – TƏKLİF
Hazırda oxunan: “İşə götürülənlər narkoloji testdən keçirilsin” – TƏKLİF
128264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.