MƏXFİ BİR SƏNƏD – 31 gün daşnak dəstələri Kür çayı boyu sakinlərə necə divan tutub?

MƏXFİ BİR SƏNƏD – 31 gün daşnak dəstələri Kür çayı boyu sakinlərə necə divan tutub?

Hazırda oxunan: MƏXFİ BİR SƏNƏD – 31 gün daşnak dəstələri Kür çayı boyu sakinlərə necə divan tutub?

128258

1918-ci il mart qırğınında bolşevik-daşnak birləşmələri tərəfindən Salyan və Neftçala rayonlarında da dəhşətli faciələr törədilib.

Baş verən qanlı hadisələr haqqında 1918-ci il 3 noyabr tarixli "Azərbaycan" qəzetinin 29-cu sayında "Məxfi bir sənəd" adlı yazıda Bakıda yaradılmış qondarma Mərkəzi Kaspi Diktaturası hökumətinin Kür çayının aşağı hissəsində yerli əhaliyə qarşı törədilən faciələrdən söz açılır. 

Bizim.Media xəbər verir ki, Diktaturanın üzvü Leymleyn Kaspi Donanasının baş komandanı Xaçikova təqdim etdiyi bu məxfi sənəd Neftçala tarix-diyarşünaslıq muzeyində saxlanılır. 

Sənəddə deyilir ki, 5 top, 14 pulemyot, 900 silahli əsgəri olan bolşevik-daşnak birləşmələri Kürün Muğan və Şirvan tayındakı bir çox yaşayış məntəqəərini yandırmaqla minlərlə əliyalın, günahsız insanları qətlə yetirirlər.

Salyanın Kürqaraqaşlı kəndinə kimi çəlib çatan düşməni Türk zabiti Ramazan paşanın 400 nəfərlik nizami ordusu qarşılayır. 

"Demosfen"adlı gəmilərdən biri həmin kəndin ərazisində vurularaq çaya oturdulur. O vaxt polis müfəttişi vəzifəsində çalışan Bahəddin bəyin dəstəyi ilə ələ keçirilən məxfi sənəddə həm də baş komandana məlumat verilir ki, “Demosfen” adlı gəmisi partladıldığından geri çəkilməyə məcburdurlar.

Vaxtı ilə o müsibətləri görən yerli sakinlərin sözlərinə görə, Kürün sol sahilindəki Pirəbbə, Yuxarı Qaramanlı, İkinci Qaralı, Tatarməhlə kəndlərinin əhalisi yaxınlıqdakı hər tərəfi düzəngah olan Dirov dağı etibarlı sığınacaq bilərək orada gizləniblər. Bundan xəbər tutan düşmən geri çəkilərkən Dirov dağda gizlənənləri amansızlıqla qətlə yetirib. 31 gün Kür çayı boyunca bolşevik-daşnak birləşmələri tərəfindən törədilən qırğın zamanı 2 min nəfərdən çox günahsız sakin qurban gedib. 
Bu döyüşlərdə 13 türk əsgər və zabiti də şəhid olub. Onların 9-u Neftçalanın Bankə qəsəbsindəki qəbirsanlıqda, 4-ü isə Salyan şəhər məzarlığında dəfn edilib. 

Türk zabit və əsgərlərin məzarları isə bu gün yerli sakinlərin əsl and yerinə çevrilib. 










Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO