Körpələrə işgəncə verilən

Körpələrə işgəncə verilən "Sevgi evi" sığınacağının MƏHKƏMƏSİ başladı – ÖZƏL

Hazırda oxunan: Körpələrə işgəncə verilən "Sevgi evi" sığınacağının MƏHKƏMƏSİ başladı – ÖZƏL

128240

Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi” qadın və uşaq sığınacağında qalan N. Məmmədova barədə Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə başlanılan cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə məlumatı Bizim.Media-ya özəl açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

MÖVZU İLƏ BAĞLI:

Körpənin döyüldüyü iddia edilən sığınacaq sahibi: “Məni heç kim yıxa bilməz”


Onun sözlərinə görə iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, 10 may 2022-ci il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsinə görə nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası 2 il, ağırlaşdırıcı hallarda 2 ildən 5 ilədək, işgəncə verməklə törədildikdə də 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO