Rəşad Dağlının cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

Rəşad Dağlının cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

Hazırda oxunan: Rəşad Dağlının cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

128198

Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi məhkəməyə göndərilib.

Bizim.Media "report.az" a istinadən xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Yaxın günlərdə cinayət işi icraata götürüləcək və məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO