İran-Azərbaycan sərhədində ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO

İran-Azərbaycan sərhədində ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO

Hazırda oxunan: İran-Azərbaycan sərhədində ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO

128177

Mart ayının 31-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Aruz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla İrandan Azərbaycana keçməyə cəhd göstərən 2 (iki) nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin, 1992-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Rəcəbi Cavad Rəcəb oğlu və 1994-cü il təvəllüdlü Əfqanıstan Respublikası vətəndaşı Elmiddin Əhmədşah Nurullah oğlu olmaları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO