Bərdədə DƏHŞƏT: Sevgilisi 8 aylıq hamilə qadını öldürüb - VİDEO

Bərdədə DƏHŞƏT: Sevgilisi 8 aylıq hamilə qadını öldürüb - VİDEO

Hazırda oxunan: Bərdədə DƏHŞƏT: Sevgilisi 8 aylıq hamilə qadını öldürüb - VİDEO

128172

Ötən gün Bərdədə qətlə yetirilən 36 yaşlı Günay Ələkbərovanın 8 aylıq hamilə olduğu məlum olub.

Bizim.Media xəbər verir ki, mərhumun anası “Xəzər xəbər”ə bildirib ki, qızı onu öldürməkdə şübhəli bilinən 39 yaşlı Şirxan İmanovla qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb.

Ana qızına deyib: “Gəl səni qaçırım. Qızım da dedi ki, yox, səni də öldürər. Həmin gecə mənə zəng etdi. Dedi ki, mama, gəlməsən başqa iş olacaq. Mama, özünü mənə çatdır...Soruşdum ki, hardasan, hara gəlim? Elə orada da vurdu. Neçə bıçaq vurduğunu bilmirəm. Qızım 8 aylıq hamilə idi. 9-10 ay idi ki, birlikdə yaşayırdılar”. 

Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Şirxan İmanov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO