Azərbaycan Texniki Universiteti (AzTU) Bakıda dəm qazından boğulan tələbə ilə bağlı məlumat yayıb.
Bizim.Media xəbər verir ki, Universitetdən daxil olan məlumatda bildirilir ki, fevralın 23-də saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində meyiti aşkarlanan 5 nəfərdən biri, AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin I kurs tələbəsi Əliyev Lətif Rəşad oğlu olub.
MÖVZU İLƏ BAĞLI:
Bakıda bir evdən 5 gəncin meyiti tapıldı – Ölüm səbəbləri məlum deyil
Baş Prokurorluğun məlumatında bildirilir ki, ilkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.
Qeyd edək ki, Lətif Əliyev AzTU-nun nizam-intizamlı tələbələrindən olub, dərslərini yaxşı oxuyub. O, sonuncu dəfə ötən gün onlayn dərslərdə iştirak edib.
AzTU-nun rəhbərliyi və kollektivi Lətif Əliyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Bizim.Media