Paytaxtda sükan arxasında döyülən taksi sürücüsü iki avtomobili VURDU - FOTO

Paytaxtda sükan arxasında döyülən taksi sürücüsü iki avtomobili VURDU - FOTO

Hazırda oxunan: Paytaxtda sükan arxasında döyülən taksi sürücüsü iki avtomobili VURDU - FOTO

128137

Bakının Binəqədi rayonunda sahibkar sürücünü döydüyü üçün qəza baş verib.

Bizim.Media "apa.az"a istinadla xəbər verir ki, hadisə Mir Cəlal Paşayev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində baş verib.

Belə ki, Bayramov Tural “Toyota” markalı maşınla hərəkətdə olarkən kəsişmədə idarəetməni itirərək avtomobilini əvvəlcə “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpıb.

Daha sonra taksi fəaliyyəti ilə məşğul olan sürücü maşınını “Toyota Land Cruiser”ə çırpıb.

Qəza nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib.

Sürücü T.Bayramov bildirib ki, o sükan arxasında olarkən maşında olan üç sərnişin onu döyüb.

Onlardan biri taksi sahəsində sahibkar olub.

Sürücü iddia edib ki, sahibkar ondan min manat istəyib. Elə mübahisə də burdan başlayıb.

Turalın iddiasına görə, qəza o döyülərkən baş verib.

Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Qəzanın dəqiq səbəbləri araşdırılır.

Sürücünün şikayəti üzrə 3 nəfər axtarılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO