Möhtəşəm kikboksinq turniri

Möhtəşəm kikboksinq turniri

Hazırda oxunan: Möhtəşəm kikboksinq turniri

128106
Azərbaycan Kikboksinq Federasiyası fəaliyyətini genişləndirməkdədir. Bu işlərin nəticəsi olaraq, artıq bölgələrdə kikboksinq inkişaf edir və gənclər,yeniyetmələr arasında bu idman növünə böyük maraq yaranmaqdadır. 

Federasiyanın nəzdində fəaliyyət göstərən klublar öz güclərini sınamaq üçün müxtəlif açıq turnirlər təşkil edirlər. 

Bu günlərdə “Hövsan”x9d Olimpiya Mərkəzində  “Qafqaz”x9d İdman Klubu tərəfindən kikboksinq üzrə açıq turnirin təşkil edilməsi görülən işlərin davamı kimi qiymətləndirmək olar.
Beləki turnirdə 14 komanda və 148 idmançı iştirak edib.  Qızıl Əlcək, Şindi, Teyd Sumqayıt, Lokomativ, Mərdəkan, Legioner, Quba, Bərdə, Qarabağ, Orion, Caspian klublarının idmançıları öz güclərini sınayıblar.

AKF-nin baş katibi, əməkdar idman xadimi Oruc Məmmədli bu cür turnirlərin keçirilməsi kikboksinq idman növünə olan marağın artdığını diqqət çatdırıb. O.Məmmədli federasiyanın son illər gördüyü uğurları işləri qeyd edib.

“Qafqaz”x9d İdman Klubunun direktoru Rafael Qasımov klubun 20 ildir fəaliyyət göstərdiyini bildirirək, qarşıda maraqlı turnirlərin təşkil ediləcəyini söyləyib. 

Klub direktoru sonda Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyinə yaratdıqları şəraitə görə, öz təşəkkürünü çatdırıb.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO