ÜAK URB-nin fəalları “Yuvacıq”x9d uşaq evində bayram tədbiri keçirib

ÜAK URB-nin fəalları “Yuvacıq”x9d uşaq evində bayram tədbiri keçirib

Hazırda oxunan: ÜAK URB-nin fəalları “Yuvacıq”x9d uşaq evində bayram tədbiri keçirib

128104
“Ümumrusiya Azərbaycan Konqresi”x9d-nin Ulyanovsk regional bölməsinin fəalları “Yuvacıq”x9d uşaq evinin şagirdlərini ənənəvi Novruz bayramı münasibətilə təbrik ediblər.xa0

Bahar bayramı Novruz, 20-21 mart tarixlərində gecə ilə gündüzün bərabər olduğu gündə qeyd olunur və Orta Asiya və Cənubi Qafqaz xalqları tərəfindən astronomik yeni ilin başlanğıcı hesab olunur. İsti günlər başlayır, təbiət oyanır və rənglərini dəyişməyə başlayır. xa0

Bayrama çox məsuliyyətlə hazırlaşırlar. Evlərə qohum-əqrabalar yığışır, ənənəyə görə xüsusi dadlı təamlar hazırlayırlar. Əsrlər boyu belə bir inam var ki, Novruz bayramı nə qədər şən və sevinclə keçirilərsə, təbiət o qədər insanlara qarşı səxavətli olar. Buna görə də, Novruz bayramına aid nəğmələr səslənilir, insanlar rəqs edərək şənlənirlər, baharın gəlişinə sevinirlər, bir birilərinə hədiyyələr edirlər, yoxsullara və yetimlərə əl tuturlar.xa0

Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional bölməsinin nümayəndələri xa016 mart 2016-cı il tarixində “Yuvacıq”x9d uşaq baxçasına gəliblər ki, şagirdləri və tərbiyəçiləri bahar bayramıxa0

”“ Novruz münasibətilə təbrik etsinlər. ÜAK URB-nin fəalları “Yuvacıq”x9d uşaq evinə əliboş gəlməyiblər: idman avadanlıqları və qabyuyan maşın gətiriblər. Və, əlbəttə, hansı bayram süfrəsiz keçər ?! Göz oxşayan azərbaycan şirniyyatları ilə dolu xonçaları uşaqların və tərbiyəçilərin masasına düzdülər.xa0

”“ İlk növbədə, biz hamıya gözəl, ürəkaçan bahar əhval-ruhiyyə arzulamaq istəyirik, - İslam Hüseynov özünün salamlaşma çıxışında deyib, - əsrlər boyunca azərbaycanlılar harada yaşadıqlarından asılı olmayaraq Novruz bayramını qeyd edirlər. Biz həmişə qəlbdolu sevinclə xalqımızın çoxəsrlik ənənəsini bölüşürük .

”“ Novruz dünyanın bütün insanları üçün açıq bayramdır. Ümid edirəm ki, bu gün sizin üçün də bayram olacaq! Bir birimizin adət-ənələrini bilib və hörmətlə yanaşmağımız, bizim torpağımızda millətlərarası sülhü yaradır və möhkəmləndirir. Bu çətin dövrdə mühüm işlərdən biridir ”“ Cahangirov Qənbər qeyd edib.xa0

Bu işin həlli üçün bizim təşkilat mütəmadi olaraq idman yarışları, konsertlər və xeyriyyə tədbirləri keçirirlər. Biz bu gün sizinlə olmağımıza çox şadıq! Sağlam və xöşbəxt olun!xa0

Bayram çox gözəl keçdi ”“ qızlar və oğlanlar bəxşişləri qəbul etdilər və qonaqlarla həvəslə söhbət etdilər. Bundan sonra onlar öz istedadlarını nümayiş etdirdilər: rəqs edib və mahnı oxudular.xa0

”“ Sizi xa0“Yuvacıq”x9d uşaq evində görməyimizə çox şadıq, - qonaqlara uşaq evinin direktoru xanım İrina Yuryevna Yavkina müraciət edib.xa0

”“ Biz, sizə yardım üçün çox təşəkkür edirik. Bundan əlavə, bu artıq mehriban ənənəyə çevrilib. Sizin fəal iştirakınız bizim uşaqlar üçün yaxşı dəstəkdir. İstilik, qonaqpərvərlik və səmimi dialoq Novruz bayramının mahiyyətidir və insanların qəlbinə bahar gətirir. Qəlbdə də bahar olduğu zaman, isti günlər dağların arxasında deyil!














© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO