“Erməni mətbəxi” ilə bağlı şok fakt – Baş kulinar açıqladı

“Erməni mətbəxi” ilə bağlı şok fakt – Baş kulinar açıqladı

Hazırda oxunan: “Erməni mətbəxi” ilə bağlı şok fakt – Baş kulinar açıqladı

127981
Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov erməni mətbəxi ilə bağlı maraqlı fakt ortaya qoyub.

Sfera.az xəbər verir ki, Əmiraslanov öz şəxsi arxivindən erməni kulinar Boqos Piranyanın 1914-cü ildə erməni dilində nəşr olunmuş "Gənc aşpaz” kitabını təqdim edib:

"Şəxsi arxivimdən erməni mətbəxi ilə bağlı 4-cü kitabı sizə təqdim edirəm. Bu kitabın müəllifi 1914-1915-ci illərdə Mərzifonda (Türkiyə) Erməni Kulinariya Kollecinin müəllimi olmuş Boqos Piranyandır. O, bu kitabı gənc erməni aşpazları üçün yazıb. Onun oğlu da 1920-ci ildə erməni şagirdlərə erməni dilində bu kitabdan dərs deyib. Kitabda 243 yemək resepti var və aralarında erməni yeməklərinə aid heç nə yoxdur. Peşəkar aşpaz, erməni müəllim erməni kollecində oxuyan erməni tələbələri üçün erməni dilində yemək kitabı yazıb, erməni nəşriyyatında nəşr etdirib və erməni mətbəxindən bir dənə də olsun yemək reseptini təqdim etməyib?”

Tahir Əmiraslanov məsələ ilə bağlı sosial şəbəkə vasitəsilə erməni həmkarlarına səslənib:

"Hörmətli erməni həmkarlar, bu faktı şərh edə bilərsiniz? Bu, artıq ümumiyyətlə erməni milli mətbəxinin olmadığını göstərən dördüncü kitabdır. Bəlkə mən səhv edirəm? Sedrak Maulyan, Qriqori Antinyan!”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO