Novruz Bayramı günlərində vətəndaşların dəmir yolunun xidmətlərindən daha çox xa0istifadə etməsi ilə əlaqədar 20-27 mart xa02016-cı il tarixlərində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin müəssisə və stansiyalarında xa0fasiləsiz iş rejimi təşkil edilir.
xa0
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun apa-ya verilən məlumata görə, Sərnişin daşımaları Departamentinin kollektivi bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar xa0ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin edir.
xa0
Martın 21-də sərnişinlərin bayram əhval-ruhiyyəsinin qaldırmaq üçün Bakı-sərnişin stansiyasında Novruz şənliyi keçirilib. Kosa ilə yumurta döyüşməsində qalib çıxan hər kəsə Bakı-Sumqayıt elektrik qatarına pulsuz gediş bileti təqdim olunub.xa0


































































































