AFFA rəhbərliyi İTV-nin efirinə çıxmaqdan imtina etdi

AFFA rəhbərliyi İTV-nin efirinə çıxmaqdan imtina etdi

Hazırda oxunan: AFFA rəhbərliyi İTV-nin efirinə çıxmaqdan imtina etdi

127942

AFFA rəhbərliyi İctimai Televiziyanın canlı efirinə çıxmağa cəsarət etməyib.  

Bizim.Media xəbər verir ki, sözügedən kanal bu gün milli komanda ilə bağlı müzakirələrin davam etdirilməsi üçün şərait yaratsa da, qurumdan kimsə özünü oda atmaq istəməyib.  

Dünən “Sabaha saxlamayaq” tok-şousunda kanal əməkdaşları növbəti müzakirə üçün futbol təsərrüfatının məmurlarını dəvət etmişdi.  

Müzakirələrin birtərəfli aparılmaması, tənqid edilən tərəfin də özünü müdafiəsinə şərait yaradılması üçün belə addım atılmışdı. Lakin görünür, kimsə özündə haqlı tənqidlər qarşısında cavab vermək cəsarəti tapmayıb.  
Bu səbəbdən bu gün “Sabaha saxlamayaq” verilişində başqa mövzu müzakirə olunub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO