Firuz Səxavət qardaşı Səxavət Məmmədovun məzarını ziyarət etdi - VİDEO

Firuz Səxavət qardaşı Səxavət Məmmədovun məzarını ziyarət etdi - VİDEO

Hazırda oxunan: Firuz Səxavət qardaşı Səxavət Məmmədovun məzarını ziyarət etdi - VİDEO

127817
Azərbaycanın mərhum xanəndəsi Səxavət Məmmədovun Ağdam rayonu, Abdal Gülablı kəndində olan məzarı ziyarət edilib.

Sfera.az-ın məlumatına görə, ziyarətçilər arasında Səxavət Məmmədovun qardaşı, xanəndə Firuz Səxavət də olub.

Firuz Səxavət deyib ki, qardaş dərdi böyüyüydü, amma torpaq itkisi daha çətiniydi. O deyib ki, hazırda doğulduğu Abdal Gülablı kəndindən əsər-əlamət qalmayıb, hər yer ermənilər tərəfindən dağıdılıb: "Mən Səxavətin qəbri üstündə həm də torpaqlarımızın viran olan halına ağladım".

Xatırladaq ki, Səxavət Məmmədov 1991-ci ildə avtomobil qəzası nəticəsində vəfat edib. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulması üçün Bakıda sifariş edilən məzar daşını ünvanına çatdırmaq mümkün olmayıb. Sonra isə ifaçının doğulduğu Abdal Gülablı kəndi işğal olunub. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalmışdı.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO