Fazil Mustafa belə vurulub - ŞOK DETALLAR 

Fazil Mustafa belə vurulub - ŞOK DETALLAR 

Hazırda oxunan: Fazil Mustafa belə vurulub - ŞOK DETALLAR 

127725

“Fazil Mustafa qarajın qapısını açıb həyətə girmək istəyəndə cinayətkar evin sağ tərəfində yerləşən daş hasarın arxasında gizlənərək gözləyib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafanın yaxın dostlarından biri deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Deputat Fazil Mustafa güllələnib


O bildirib ki, hadisəni törətmiş şəxs hasarın arxasından deputata atəş açmağa başlayıb: 

“Cinayətkarın atəş açmasında məqsəd Fazil Mustafanı öldürmək olub. Deputat cəld tərpənərək yenidən maşına minib və tez qapını örtüb. Nəticədə o, çiynindən və ayağından 2 güllə yarası alıb, həmçinin avtomobilə ciddi zərər dəyib”. 

Deputatın dostunun sözlərinə görə, hadisə Fazil Mustafanın kiçik qızının gözü qarşısında baş verib. 

Qeyd edək ki, Milli Məclisin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahdan atəş nəticəsində xəsarət alıb. Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası alan millət vəkili Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub.  

Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluqda cinayət işi açılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.  

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO