Restoranların od tutub yanan iftar və imsak QİYMƏTLƏRİ – 120 manatlıq menyular da var...

Restoranların od tutub yanan iftar və imsak QİYMƏTLƏRİ – 120 manatlıq menyular da var...

Hazırda oxunan: Restoranların od tutub yanan iftar və imsak QİYMƏTLƏRİ – 120 manatlıq menyular da var...

127647

Artıq bir neçə gündür ki, Ramazan ayına qədəm qoymuşuq. Bu ayın özəlliklərindən biri də insanların iftarı öz dostları, yaxınları ilə birlikdə açmasıdır. 

Günümüzdə isə iftar dəvətləri daha çox restoran və kafelərdə baş tutur. İftarla yanaşı, imsak üçün də bu məkanlara üz tutanlar az deyil.

Bizim.Media olaraq Bakı şəhərində fəaliyyət göstərən bəzi restoranlarda, kafelərdə imsak və iftar menyuları, eyni zamanda qiymətləri ilə maraqlandıq. 

Araşdırmamız göstərdi ki, nisbətən aşağı qiymətlərlə yanaşı, çox bahalı menyuların da sayı kifayət qədərdir. Məşhur restoranların bir çoxu Ramazanda əldə etdikləri fürsəti qiymətləri daha da yüksəltməklə dəyərləndirib. 

Məsələn, açıq bufet təqdim edən restoranlar var ki, onlarda qiymətlər əsasən 19.90 manatdan başlayır. İftar və imsakı eyni qiymətə təqdim edən bu cür restoranlar təqdim olunan menyu daxilində nə yeməyinizdən asılı olmayaraq standart qiymət tətbiq edib.

Amma elə restoranlar da var ki, bir nəfərlik iftar menyusunun qiymətini 33 manatdan başlayır. 35 manata, hətta daha yuxarı olanlar da var. 35 manatlıq iftar menyusuna 4 çeşid məzə, şorba (seçməli), günün salatı, ana yemək (Kokteyl souslu dana bonfile və ya fırında levrek fileto), günün şirniyyatı (çay ilə), su və xurma daxildir.
Bu bahalı iftar menyusunu təqdim edən restoranlar açıq bufet şəklində imsak süfrəsi də təqdim edir. İmsak süfrəsinin qiyməti bir nəfər üçün 19 manat təşkil edir. 

İmsak süfrələrində 0-7 yaş uşaqlar üçün ödənişsiz, 8-12 yaşda olanlar üçün isə 50 faiz endirim təklif edənlər, 20 çeşiddən ibarət olan 2 nəfərlik imsak setini 30 manata təqdim edən restoranlar da var. 

Qeyd edək ki, restoranlar arasında imsakda 65 çeşiddə menyu təqdim edən restoranlar da var. Bu çeşidlər arasından seçim edənlər üçün imsak yeməyi 17.50 manatdan, iftar menyusu isə 26 və 38 manatdan başlayır. 

Restoranların iftar və imsaka görə qiymətləri yerləşdiyi əraziyə görə də dəyişir. Mərkəzdə yerləşən restoranlar arasında iftar süfrəsini bir nəfər üçün 50-60, hətta 80-120 manata təqdim edənlər də var.

Göründüyü kimi, qiymətlər 10-15 nəfər dost-tanışı iftara dəvət etmək üçün bir az düşünməyi tələb edir. 

Ramazan paylaşmaq ayı olduğu üçün evdə sadə süfrə ilə imsak və iftarı edib, qalan vəsaiti ehtiyacı olanlara vermək daha münasib olar. Təbii ki, hər kəsin öz seçimi var.

Allah oruc və dualarınızı qəbul etsin!

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO