“Görünür, bulvardakı elit qurbağalar müsahibədən narahat olub” – Fazil Mustafadan həmkarına DƏSTƏK 

“Görünür, bulvardakı elit qurbağalar müsahibədən narahat olub” – Fazil Mustafadan həmkarına DƏSTƏK 

Hazırda oxunan: “Görünür, bulvardakı elit qurbağalar müsahibədən narahat olub” – Fazil Mustafadan həmkarına DƏSTƏK 

127629

“Bakı Bulvar idarəsinə aid olan ərazilərdə çəkiliş aparmaq istəyən jurnalistlərin hələ də xəbəri yoxdur ki, burada məxfi və dövlət sirrinə dair bir sıra məqamlar var ki, onu göstərmək olmaz”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında yazıb.

Həmkarı Razi Nurullayevin şikayətləri ilə bağlı fikirlərini bölüşən deputat başına gəlmiş oxşar problemdən də söz açıb: 

“Hələ ötən gün bir deputat həmkarımız da gileylənmişdi ki, ona da bu ərazidə müsahibə verməyə imkan tanınmadı. 

Hələ bulvar cəhənnəm, bir neçə il öncə bir video müsahibəsi üçün yeri təyin etmişdim Bakı Olimpiya Stadionunun çevrəsindəki parka. Bir də gördüm üfunət iyi gələn gölməçənin həndəvərindən mühafizəçilər tökülüb gəldi ki, bəs burada çəkiliş aparmaq olmaz.

Soruşdum ki, nədən? Cavab verdilər ki, gölməçədəki qurbağalar kamera görəndə rahatsız olurlar. Arqument o qədər əsaslı idi ki, müsahibəni yarımçıq qoyub jurnalistdən üzr istəyib hadisə yerindən ayrıldım. 

İndi ara-sıra həmin məkana yolum düşəndə telefonla da danışmıram ki, birdən oradakı qurbağaların rahatlığını pozmuş olaram. Bakı Bulvar İdarəsinin mühafizəçilərinin görünür səmimiyyəti çatmayıb ki, burada da qurbağaların narahatçılığını dilə gətirsinlər. Görünür ,Bakı Bulvar İdarəsinin himayə etdiyi qurbağalar elit sayıldıqlarından özləri adlarının hallandırılmasını istəməyiblər. 

Sabunçu qurbağaları xalqa daha yaxın gölməçədə yaşadıqlarından onlarda utancaqlıq kompleksi çoxdan ortadan qalxıb. Bir də qurbağaların yaşamadığı xeyli gözəl və yaraşıqlı parklar var, bəlkə çəkilişlərinizi orada aparasınız? Yaxın günlərdə bəlkə yeni qanun layihəsi verməyə zərurət yaranıb? Niyə də olmasın?
Adı sadə olacaq: Çəkiliş aparmağa və ya müsahibə verməyə icazə verilən parklar və əyləncə məkanları haqqında qanun. Ona görə də, əziz jurnalistlər və siyasətçilər! Qanunsuzluğa baş vurmadan bir az səbrli olun və unutmayın ki, media azadlığı qurbağaların hüququnun pozulduğu yerdə artıq keçərli sayılmır”.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO